Ben Uollesi kim əvəz edəcək?

   Ben Uollesi kim əvəz edəcək?
  31 Avqust 2023    Oxunub:1157
Ben Uolles Böyük Britaniyanın müdafiə naziri postundan istefa verdikdən sonra onun ehtimal varisi enerji təhlükəsizliyi və iqlim neytrallığı naziri Qrant Şapps olacaq. Bu barədə Sky News xəbər verir.
Şappsın Böyük Britaniyanın baş naziri Rişi Sunakın çoxdankı siyasi müttəfiqi olduğu vurğulanır.
Böyük Britaniyanın müdafiə naziri istefa verib


Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uollesin bu vəzifədə dörd illik xidmətindən sonra istefasını qəbul edib.

İstefa vermək qərarını izah edən Uolles yaxın onilliklərdə münaqişələrin yaranacağı ehtimalının yüksək olduğuna əminliyinə görə, gələcəkdə müdafiə nazirliyinə sərmayələrin qoyulacağını və Britaniya Krallığının silahlı qüvvələrinin modernləşdiriləcəyini düşündüyünü bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   BenUolles  





Xəbər lenti