Lavrov Rusiyanın taxıl müqaviləsinə qayıtması üçün şərtlərini açıqlayıb |
Onun sözlərinə görə, BMT Rusiyanın tələblərini nəzərə alıb.
"İnanıram ki, mən (Qara dəniz təşəbbüsünün - red.) bərpası üçün əsas ola biləcək bir təklif irəli sürdüm. Amma bu bərpa stabil olmalıdır. Bizim narahatlıqlara cavab olaraq bəzi konkret həll yollarımız var ki, bu da Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara daha səmərəli çıxışına imkan verəcək", - BMT-nin baş katibi deyib.
BMT-nin baş katibi hesab edir ki, ciddi iş aparılarsa, Rusiya, Ukrayna və bütün dünya üçün müsbət nəticə əldə etmək olar.
Qeyd edək ki, Taxıl müqaviləsi iyulun 18-də dayandırılıb.
Şahanə Rəhimli
AzVision.az