Şarmazanovdan Priqojinsayağı sual: "Nikol, hanı müşahidəçilər?"

      Şarmazanovdan Priqojinsayağı sual:    "Nikol, hanı müşahidəçilər?"
  01 Sentyabr 2023    Oxunub:1285
Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Hərbçilərimiz qarşı tərəfi cavab atəşi ilə susdurub, Ermənistan ordusu itkilər verib.

Təxribat törədən 4 erməni hərbçi məhv edilib, biri yaralanıb - YENİLƏNİB
Erməni cəmiyyəti isə İrəvanın növbəti dəfə uğursuz hərbi və diplomatik fəaliyyətini qınayıb. Məsələn, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov yerli mediaya verdiyi açıqlamada deyib ki, inidyə kimi Azərbaycanla şərti sərhəddə toplaşmış avropalı "müşahidəçilər“in fəaliyyəti sabun köpüyündən başqa bir şey deyilmiş

"Nikol, Avropa İttifaqı müşahidəçilərini Azərbaycan Ordusu ilə baş tutan atışmaları dayandırmaq, yoxsa gücləndirmək üçün gətirmişdin?
Saat 07:50-dən başlayaraq Sotk istiqamətində yerləşən erməni mövqelərində intensiv atışmalar gedir. Gətirdiyiniz Aİ nəzarətçiləri haradadır? Niyə Azərbaycanı geri oturda bilmirlər? Bunun günahkarı sənsən- məğlub rəhbər. O kapitulyator ki, qalib dövlətin (Birinci Qarabağ müharibəsindən sonrakı İrəvanı nəzərdə tutur-red.) müdafiə sistemini darmadağın etdin”, - radikal siyasətçi qeyd edib.


Jurnalist Karine Arutyunyan da İrəvan rəhbərliyini qınayıb. O yazıb: "Azərbaycan toqquşmalardan sonra təbii olaraq hərbi texnikasını Sotk bölgəsində cəmləşdirdi. Bəs bizim ölkəmiz nə edir? Ermənistanın dövlət başçısı haradadır? Ümumiyyətlə bu ölkənin başı varmı? Daha nə qədər qurbanımız olacaq? Bu ölkənin xarici işlər naziri haradadır axı? Diplomatiya deyəndə nəyi nəzərdə tuturlar? Sadəcə telefon zəngləri, növbəti dəfə kimlərləsə əl sıxmalarını? Biz sizə nəyə görə vergi ödəyirik? Ümumiyyətlə biz niyə sizə dözürük axı?”

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti