Cill Bayden yenə koronavirusa yoluxub
"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir.
ABŞ-ın səlahiyyətliləri 2022-ci ilin iyulunda Prezident Cozef Baydenin koronavirus testinin müsbət çıxdığını bildiriblər. Amerika lideri karantində olarkən rəsmi vəzifələrini tam yerinə yetirib.
Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur. Belə ki, 2022-ci ilin avqustunda da Cill Baydenin COVID-19 testi müsbət çıxıb.
AzVision.az
Teqlər: ABŞ