O qeyd edib ki, "Biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasında olan işgüzar və olduqca konstruktiv münasibətləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu əlaqələr bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq. Lakin biz bu tezislərlə razılaşa bilmərik. Cənab baş nazir, Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç bir yerə gedə, Ermənistanı tərk edə bilməz”.
Rusiyadan Paşinyana xəbərdarlıq: "Son dərəcə narazıyıq!" |
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan La Repubblica-ya verdiyi müsahibədə Rusiya əleyhinə sərt fikirlər səsləndirib.
İrəvan rəhbəri deyib ki, Ermənistan təhlükəsizlik sahəsində təkcə Moskvaya arxalanmamalıdır. Rusiyanın özünə silah lazımdır və artıq səhvlərinin “acı meyvəsini dadmış” bu ölkə ehtiyaclarını təmin edə bilmir.
Erməni baş nazirin fikrincə, Moskva regiondan uzaqlaşır. Bu isə ona gətirib çıxara bilər ki, bir gün ermənilər oyanıb Rusiyanın artıq Ermənistanda mövcud olmadığını görəcəklər.
O iddia edib ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin təhlükəsizliyini təmin etməklə bağlı götürdüyü öhdəliklərini yerinə yetirmir: "Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatda təsbit olunmuş missiyanı yerinə yetirmirlər. Bu isə ciddi narahatlıq doğurur".
Tural Tağıyev
AzVision.az