"Hələb qəssabı" haqqında məlumatlar Rusiya Müdafiə Nazirliyinin saytından silindi

  "Hələb qəssabı"  haqqında məlumatlar Rusiya Müdafiə Nazirliyinin saytından silindi
  06 Sentyabr 2023    Oxunub:988
Rusiya Müdafiə Nazirliyinin saytında məşhur ordu generalı Sergey Surovikin haqqında olan məlumatlar yoxa çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, əvvəllər general saytda mühüm hərbi vəzifələrin daşıyıcısı kimi təqdim edilirdi. Rəsmi olaraq Sergey Surovikinin istefası barədə isə məlumat verilməyib.

O uzun müddətdir ki, üzə çıxmırdı.

Ukraynaya göndərilən "Hələb qəssabı": General Surovikindən gözləntilər - DOSYE
Sentyabrın 4-də rusiyalı jurnalist Kseniya Sobçak özünün Telegram kanalında Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin keçmiş baş komandanı Surovikinin həyat yoldaşı Anna ilə yeni fotosunu paylaşdı.


RBC-nin məlumatına görə, Surovikin iyunun 24-də "Vaqner" üsyanını dayandırmaq üçün silahlılara müraciətdən bəri ictimaiyyət qarşısına çıxmayıb.

Avqustun sonunda isə o, Aerokosmik Qüvvələrin keçmiş baş komandanı kimi tutduğu vəzifədən azad edildi. Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Afzalov təyin edilib.

Dünən isə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin məşhur generalla bağlı sualına şərh verməyib.

Xatırladaq ki, o, Ukraynaya Suriyadan gətirilmişdi. Suriyada sərt üsulları ilə tanınan Surovikin amansızlığı ilə seçilir. Həmkarları ona "General Armageddon" ləqəbini veriblər. Digər ləqəbi isə “Hələb qəssabıdır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Rusiya  





Xəbər lenti