Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

   Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı
  08 Sentyabr 2023    Oxunub:1125
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
TASS-ın yaydığı məlumata görə, İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt bəyanat verilib.

Karasin: “İrəvanda çevrilişi hazırlamağımızla bağlı məlumatlar cəfəngiyyatdır”
Rusiya tərəfi Ermənistan səfirinə bloqer Badalyanın və “Sputnik Ermənistan”ın köşə yazarı Gevorkyanın saxlanmasından narahatlığını bildirib.

Həmçinin, Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı bəyanatlara görə Ermənistan səfirinə etiraz notası təqdim edilib.

“Moskva Rusiya və Ermənistanın müttəfiq olaraq qalmasından çıxış edir. Rusiya Federasiyası bundan sonra da Ermənistan və Azərbaycan arasında bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün bütün səylərini göstərəcək” – XİN-in məlumatında deyilir.
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti