Qeyd edilir ki, təlimlərdə 85 amerika və 175 erməni hərbi qulluqçusu iştirak edir.
Peskov: "İrəvanın ABŞ-la təlim qərarı ciddi təhlil tələb edir" |
Bundan əvvəl ABŞ komandanlığının mətbuat xidməti təlimlərə ABŞ 101-ci Hava Desant Diviziyasının 1-ci briqadasının və Kanzas Milli Qvardiyasının hərbçilərinin cəlb olunacağını bildirmişdi.
Bu gün isə Kreml rəsmisi Dmitri Peskov bu təlimləri müəmmalı məsələ kimi qiymətləndirib. Çünki İrəvan KTMT-nin oxşar tədbirinə yox deyib.
Tural Tağıyev
AzVision.az