Moskva İrəvanı qeyri-dost siyasəti yürütməkdə ittiham etdi - VİDEO

   Moskva İrəvanı qeyri-dost siyasəti yürütməkdə ittiham etdi    - VİDEO
  13 Sentyabr 2023    Oxunub:1286
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanı tənqid edib.
AzVision.az xəbər verir ki, o, Rusiyanın Ermənistanın Roma Statutu ilə bağlı sərgilədiyi siyasətini qeyri-dost davranışı kimi qiymətləndirib.

Zaxarova xatırladıb ki, Ermənistan səfiri artıq Xarici İşlər Nazirliyinə çağırılıb və ona İrəvanın bir sıra arzuolunmaz fəaliyyəti, o cümlədən Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı təqdimat verib.

"Erməni tərəfi İrəvanın motivasiyasını izah etməli və aydınlaşdırmalıdır. Bunlar nə üçün və niyə edilir? Yeri gəlmişkən, onlar öz qiymətləndirmələrini veriblər. Amma biz erməni dostlarımıza və tərəfdaşlarımıza ikitərəfli kanallar vasitəsilə dəfələrlə xatırlatdığımız bu addımları qeyri-dostluq münasibəti kimi saydıq. Artıq müəyyən mərhələdə onlar bunu ictimai müstəvidə danışmağa başladılar. Çünki suallar daha çox idi”. - Zaxarova qeyd edib.

Diplomat vurğulayıb ki, Rusiya Ermənistanı suveren dövlət hesab edir. Bununla belə, Moskva İrəvanın normallaşma prosesini (Ermənistan-Azərbaycan münasibətləri - red.) gərginləşdirən və poza biləcək hərəkət, bəyanatlarının zərərli olmasını da önə çəkib. Qeyd edilir ki, "bu davranışlar Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan hər şeyin həyata keçirilməsinə mane olacaq".

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti