Qeyd edilir ki, söhbət Qərb dövlətlərinin Ukrayna münaqişəsinə biganəliyindən və səbirsizliyindən gedir. Məqalə müəllifinin fikrincə, Kiyevin xarici tərəfdaşları döyüş bölgəsində qısa zamanda ciddi nəticələr əldə olunmaması səbəbindən Ukraynaya maliyyə vəsaitləri ayırmaqda getdikcə daha çox çətinlik çəkirlər.
Makron Ukrayna məsələsində "U" dönüşü etdi - "Politico" |
Nəşrin müəllifi eyni zamanda, yaxın gələcəkdə ABŞ və aparıcı Avropa ölkələrində seçkilərin başlayacağını xatırladıb. Bununla belə, Ukrayna hökumətinin müttəfiqlərinin daxili siyasətinə təsir etmək şansı da azdır.
Sonda Vaşinqton və digər NATO üzvlərinin səbri tükənə bilər. "Hadisələrin bu cür inkişafı ilə müharibə Kreml üçün “strateji zəfər”lə başa çatacaq",- materialın müəllifi fikrini yekunlaşdırıb.
Tural Tağıyev
AzVision.az