Makron: "Ukrayna münaqişəsinə müdaxilə edə bilmərik" |
"Fransa lideri silah tədarükü məsələsinə gəldikdə isə son dərəcə ehtiyatlı davranırdı”, - “Politico” Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Fransua Eysburqdan sitat gətirib.
Lakin ekspertin fikrincə, 2023-cü ilin əvvəlində Fransa prezidenti Vladimir Putinin danışıqlarda maraqlı olmadığını anlayıb və bundan sonra mövqeyini dəyişib.
Paris Kiyevin NATO-ya üzvlüyü və Ukrayna Silahlı Qüvvələrinə yardımla bağlı məsələlərdə liderliyi qorumağa çalışaraq, “qələbəyə qədər” Ukraynaya dəstək vəd etmişdi. Qeyd edilir ki, prezident Makron “Ukraynanın ən güclü müttəfiqlərindən biri kimi "mantiya" rolunu öz üzərinə götürüb”.
Məqalədə o da vurğulanır ki, Fransa artıq Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı mühafizəkar mövqeyindən uzaqlaşıb və indi “prosesə rəhbərlik etmək” üçün yeni müttəfiqlər axtarır.
Rəsmi Paris isə hazırda bir neçə cəbhədə "atəş açmağa" məcbur qalıb. Bunlar Aİ-nin genişlənməsi, Kiyevə hərbi dəstək və NATO məsələləridir.
Tural Tağıyev
AzVision.az