Az basın gopa... pardon, fotoşopa! Fransada seçki qalmaqalı – FOTOLAR

      Az basın gopa... pardon, fotoşopa!    Fransada seçki qalmaqalı –    FOTOLAR
  17 Sentyabr 2023    Oxunub:2772
Seçki plakatlarından gözəl, gənc bir qız sizə baxaraq gülümsəyir. Reallıqda isə... O, nə gözəldir, nə də gənc. Yaxşı ki, heç olmasa kişi deyil!
Fransada regional Senata namizədliyini verən Jülyett de Kozanın seçki kampaniyası qalmaqalla başlayıb. Yerli bloger və jurnalistlər onun real şəkilləri ilə plakatlarındakı surəti-halını müqayisə edəndən sonra xanım siyasətçinin seçicilərinin qarşısında yol veriləndən daha artıq gopa... pardon, fotoşopa basdığını müəyyən ediblər.


Əlbəttə, şəkillərin kompüterdə retuşu nə günahdır, nə də cinayət, amma bir şərtlə: Fotodakı sima dönüb başqa adam olmamalıdır. Fransalı xanım siyasətçi, isə məhz bu qırmızı xətti gözləyə bilməyib.

Niyə belə etdiyinə dair suallara cavab verərkən politmadam Jülyett de Koza deyib ki, məqsədi insanları özünün seçki platformasını oxumağa cəlb etmək olub.
- Hər kəsin gözəl görünməyə haqqı var,- o deyib. - Bu şəkillərdəki başqası deyil, mənəm. Sadəcə, mənim başqa versiyamdır.


Tezliklə məlum olub ki, insafsızcasına gopa... pardon, fotoşopa basan təkcə de Koza deyilmiş. Digər qadın namizədlər Tatyana Boteva Samira Herb də yumşaq desək, şəkillərdə özlərinə oxşamırlar.


Seçicilər madam namizədlərin üzrxahlığını qəbul etməyiblər. Onlar sosial şəbəkə postlarında belə mövqe ortaya qoyublar ki, gözəllik müsabiqəsi ilə seçkini səhv salmaq lazım deyil. Əsas məsələ namizədliyin gözəlliyi yox, səs verdiyin adamı real həyatda görəndə tanıya bilməkdir.

Tariyel Həsənov

AzVision.az


Teqlər: Fransa   Ah-qadınlar-qadınlar  





Xəbər lenti