Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açılıb

 Ermənistanda seçki pozuntusu faktları üzrə 8 cinayət işi açılıb
  17 Sentyabr 2023    Oxunub:2182
Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb. Komitənin məlumatına görə, bütün bu qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb.
Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.

Səsvermə günü iddia edilən pozuntular barədə daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmaması barədə qərar verib.

Xatırladaq ki, sentyabrın 17-də Ermənistan paytaxtında Ağsaqqallar Şurasına seçkilər keçirilib və bundan sonra mer seçilməlidir. Seçkilərdə 28,46 faiz iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti