Konqoda çevriliş olub?

   Konqoda çevriliş olub?
  17 Sentyabr 2023    Oxunub:1473
Konqo Respublikasının rabitə naziri və hökumətin spikeri Thierry Munqalla ölkədə dövlət çevrilişi ilə bağlı xarici medianın xəbərlərini təkzib edərək, onları “saxta xəbər” adlandırıb.
"Brazzavil şəhərində (Konqo Respublikasının paytaxtı) ciddi hadisələrin baş verdiyi barədə yalan məlumat yayılır. Hökumət bu saxta xəbəri təkzib edir", - o, X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bunan əvvəl X sosial şəbəkəsində Yoruba Times Konqo Respublikasında hərbi çevrilişin baş verdiyini yazmışdı.

Ölkə prezidenti Deni Sassu Nqesso hazırda Nyu-Yorkdadır. O, BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti