Zelenskidən etiraf: "Əks-hücum zəif templə gedir" - VİDEO

   Zelenskidən etiraf:    "Əks-hücum zəif templə gedir" -    VİDEO
  18 Sentyabr 2023    Oxunub:1278
Ukrayna prezidenti Vladimir Zelenski əks-hücum əməliyyatları haqqında danışıb.
AzVision.az xəbər verir ki, o, CBS televiziyasına müsahibəsində Ukrayna ordusunun əks-hücumlarının ləng getdiyini etiraf edib.

“Bu çətin vəziyyətdir. Mən sizə tam səmimi deyəcəyəm. Təşəbbüs bizdədir... Rusların hücumunu dayandırdıq və əks hücuma keçdik. Buna baxmayaraq, proses o qədər də sürətli deyil”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, hazırda cəbhə xətti Rusiya və Ukrayna tərəfinin gündə 40 min mərmi atdığı "artilleriya duelinə" çevrilib. Ukrayna prezidenti həmçinin bildirib ki, münaqişədə hər iki tərəfin pilotsuz təyyarələrdən istifadə etməsi də Ukrayna Silahlı Qüvvələrinin hücumunun gedişatını ləngidib.

O əlavə edib ki, əlverişli hava şəraiti başa çatdıqdan sonra da əks-hücum davam edəcək.


Tural Tağıyev
AzVision.az



Teqlər: Zelenski   Ukrayna   Rusiya  





Xəbər lenti