Rusiyadan gələn yeni yüklər Xankəndiyə Ağdamdan da keçəcək

 Rusiyadan gələn yeni yüklər Xankəndiyə   Ağdamdan da keçəcək
  18 Sentyabr 2023    Oxunub:979
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali üçün humanitar yardımın növbəti partiyası bir neçə gündən sonra Rostov-na-Dondan Laçın dəhlizi və Ağdam marşrutu ilə çatdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

BQXK-nın Ağdam yolu ilə apardığı yük Xankəndiyə çatıb
Qeyd olunur ki, sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi bölməsi və Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə əldə olunmuş razılığa əsasən, Laçın dəhlizi ilə Ermənistan istehsalı olan 23 tona yaxın un daşınıb.

Telekanalın məlumatına görə, Ağdamdan çatdırılan məhsulların içində xaricdən istehsal olunan tibbi-gigiyena ləvazimatları (Rusiya və İsveçrə-red.) da olub. Onlar yoxlanıldıqdan sonra müvafiq ərazilərə paylanacaq və lazım gəldikdə istifadə olunacaq.

Xatırladaq ki, sentyabrın 12-də Rusiyadan gələn humanitar yardım yükü Azərbaycanın tələbi əsasında Ağdamdan keçdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Rusiya   Yük  





Xəbər lenti