Ərdoğan Maska kitab, oğluna isə top bağışladı + Video

   Ərdoğan Maska kitab,    oğluna isə top bağışladı + Video
  18 Sentyabr 2023    Oxunub:1115
Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamı İlon Maskla görüşüb.
Mask Türkiyə liderinin qəbuluna oğlu ilə birgə qatılıb. Mətbuata qapalı olan görüşdə xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank və Prezidentin Rəqəmsal Çevrilmə İdarəsinin sədri Əli Taha Koç da iştirak ediblər.

Ərdoğan Maska Türkiyənin texnologiya sahəsində əldə etdiyi nailiyyətlər, Rəqəmsal Türkiyə Vizyonu və Milli Süni İntellekt Strategiyasından danışıb. Teslanın 7-ci fabrikini Türkiyədə qurmasını istəyib. O, Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı İzmirdə keçiriləcək TEKNOFEST-ə dəvət edib.

Görüşün sonunda Ərdoğan Maska "Daha ədalətli dünya mümkündür", eyni zamanda “BMT-nin islahatı: Beynəlxalq əməkdaşlığa yeni yanaşma” kitablarını verib. Prezident iş adamının oğluna isə top bağışlayıb.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan   Mask  





Xəbər lenti