Xankəndiyə yeni yardım Rostovdan gətiriləcək
Qeyd edək ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.
BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.
Xatırladaq ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: