BƏƏ Ermənistanın üç ən böyük tərəfdaşından biridir

BƏƏ Ermənistanın üç ən böyük tərəfdaşından biridir
  18 Sentyabr 2023    Oxunub:994
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Çinlə birlikdə Ermənistanın üç ən böyük ticarət tərəfdaşıdır.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.

“2023-cü ilin ilk 7 ayında dövriyyə 870 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3 dəfə çoxdur”, - Kerobyan bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti