Qrossi: İran MAQATE-nin bəzi müfəttişlərinin lisenziyasını ləğv edib
“Bənzər bir addımla İran bu yaxınlarda daha bir təcrübəli MAQATE müfəttişinin lisenziyasını ləğv etmişdi. Beləliklə, son qərarla Tehran faktiki olaraq İranda təyin edilmiş ən təcrübəli MAQATE müfəttişlərinin əsas qrupunun təxminən üçdə birini fəaliyyətini dayandırdı. Tehranın MAQATE müfəttişlərini qəbul etməkdən imtinası qərarı bu beynəlxalq təşkilatın İranın nüvə proqramına dair effektiv yoxlamalar aparmaq qabiliyyətinə birbaşa və ciddi təsir göstərir”, - Qrossi deyib.
Bu bəyanatın dərcindən bir saat sonra İranın Xarici İşlər nazirliyinin sözçüsüNasir Kənani bildirib ki, agentliyin müfəttişlərinin işdən çıxarılmasına səbəb ABŞ-nin və JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) üzv olan üç Avropa ölkəsinin Qubernatorlar Şurasının məkanından öz “siyasi məqsədləri” üçün “sui-istifadə etmək” səyləri olub.
MAQATE-nin müfəttişlərinin lisenziyasının ləğvi qərarına haqq qazandıran Kənani, agentliyin baş direktorunun sərt tənqidinə baxmayaraq İranın təşkilatla “pozitiv, konstruktiv və davamlı qarşılıqlı əlaqədə” olduğunu, adı çəkilən ölkələrin İranla Agentlik arasında əməkdaşlıq mühitni məhv etməyə cəhd göstərdiyini söyləyib.
AzVision.az