Beş amerikalı məhbus bu gün İrandan Qətərə yola salınacaq

Beş amerikalı məhbus bu gün İrandan Qətərə yola salınacaq
  18 Sentyabr 2023    Oxunub:816
İranla ABŞ arasında əsir mübadiləsi məsələsi bu gün, sentyabrın 18-də həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani bu gün səhər saatlarında keçirdiyi mətbuat konfransında belə açqılama səsləndirib.

“Amerikada azadlığa buraxılan İran vətəndaşlarından ikisi ölkəyə qayıdacaq, biri ailəsi olduğuna görə başqa ölkəyə səfər edəcək. Digər ikisi isə əvvəl olduğu kimi eyni qaydada yenə də ABŞ-da qalacaq. Son məlumatlara əsasən, İranın Cənubi Koreyadakı aktivləri bu gün (bazar ertəsi) azad ediləcək”, - Kənani deyib.

Qeyd edək ki, birinin qadın olduğu bildirilən Amerika vətəndaşlığına malik iki məhbusun kimliyi hələlik açıqlanmayıb. Hər iki məhbus şəxsi səbəblərdən anonim qalmağı xahiş edib.

Yeri gəlmişkən, məhbus mübadiləsi İran prezidenti İbrahim Rəisinin Nyu-Yorka səfəri ilə üst-üstə düşür.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti