Mədəni İnqilab Ali Şurası professorların işdən çıxarılmasını dəstəkləyib

Mədəni İnqilab Ali Şurası professorların işdən çıxarılmasını dəstəkləyib
  18 Sentyabr 2023    Oxunub:1159
İranda universitetlərin yenidən açılması ərəfəsində İbrahim Rəisinin rəhbərlik etdiyi Ali Mədəni İnqilab Şurası professorların bu yaxınlarda işdən çıxarılmasını dəstəkləyərərək, heç bir dəlil-sübut olmadan onları “təhsil və tədqiqat işini pozmaqda” günahlandırıb.
AzVision.az İranın dövlət mediasında dərc olunan bəyanata istinadən xəbər verir ki, fərqli motivlərə malik çox az sayda mühazirəçilər elm ocağında təhsili və tədqiqatı pozan qeyri-akademik davranışların ortaya çıxması ilə ölkənin elmi inkişaf axınına əbəs yerə xələl gətirməyə çalışırlar.

Maraqlıdır ki, şura bu professorların hansı “universitetdən kənar davranış” sərgilədiklərini sübuta yetirən dəlillər göstərməyib.

Son həftələrdə İranda professorların universitetlərdə kütləvi şəkildə işdən çıxarılması barədə xəbərlər geniş şəkildə işıqlandırılır. Buna qarşı çıxan tələbələrə “təhsildən uzaqlaşdırılma” əmrlərinin verilməsi ilə eyni vaxtda bir sıra ali məktəblərin lisenziyaları, İranın müxtəlif universitetlərində tələbə təşkilatları da ləğv edilib.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti