Kremldən Kadırovun səhhəti ilə bağlı açıqlama
"İstənilən halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilir. Ona görə də deyəcək sözümüz yoxdur", - Kremlin sözçüsü deyib.
Bundan əlavə, Peskov Çeçenistan rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında hansısa bir görüşün olmadığını bildirib.
Bundan əvvəl Telegram kanallarında Çeçenistan liderinin xəstəliyi ilə bağlı şayiələr yayılmağa başlamışdı. Belə məlumatların ilkin mənbəyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov olub. Öz növbəsində Kadırov gəzintidən video yayımlayaraq vəziyyətinin normal olduğunu bildirib.
“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”, - Kadırov videoda deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: