İrəvanda polis rəisi, müavini və gömrük məmuru həbs edildi

 İrəvanda  polis rəisi, müavini və gömrük məmuru  həbs edildi
  18 Sentyabr 2023    Oxunub:892
Ermənistanda yüksək rütbəli polis məmuru həbs edilib. xəbər verir ki, bu barədə "Armlur" məlumat yayıb.
Qeyd edilir ki, Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvanın Zvartnots hava limanında polis şöbəsinin rəisi işləyən Sergey Manukyanı saxlayıb.

MTX-nin maskalı əməkdaşları onunla birlikdə əməliyyat xəttində rəis müavini işləyən şəxsi, eləcə də gömrük əməkdaşını saxlayıblar. Məlumata görə yüksək rütbəli məmurları hava limanının binasından əli qandallı çıxarıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Sputnik Ermənistan"ın məlum əməliyyatla bağlı sorğusunu şərh etməyib. Dövlət qurumu jurnalistə “rəsmi məlumatları izləməyi” məsləhət görüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Həbs  





Xəbər lenti