İranda etiraz aksiyalarında “şübhəli” ölümlərin statistikası açıqlanıb

İranda etiraz aksiyalarında “şübhəli” ölümlərin statistikası açıqlanıb
  18 Sentyabr 2023    Oxunub:880
İranda ötən ilin etirazlarında dördü uşaq və səkkizi qadın olmaqla ümumilikdə 22 etirazçı “intihar və ya şübhəli ölüm” nəticəsində dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, İran İnsan Haqları təşkilatı Məhsa Əmininin vəfatının ildönümü ərəfəsində “Qadın, Həyat, Azadlıq” etirazlarının qurbanları ilə bağlı hökumətin qərəzsiz araşdırma aparmasının qarşısını aldığını bildirərək, “şübhəli şəkildə və etirazlarla əlaqəli öldürülən” 22 etirazçının adlarını və fotolarını dərc edib.

“Bu etirazlar zamanı 68 uşaq və 49 qadın olmaqla azı 551 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Ən çox ölüm müvafiq olaraq Sistan və Bəlucistan, Tehran, Kürdüstan, Qərbi Azərbaycan və Mazandaran əyalətlərində qeydə alınıb. Həlak olanların əksəriyyəti odlu silah və ya dəyənəklə öldürülüb. İranın rəsmi qurumları isə bu etirazçıların öldürülməsini danmaq və ya onların ölüm xəbərlərini yalan məlumatla təhrif etmək üçün hər cür səy göstərib”, - hesabatda deyilir.

Son həftələr İranın müxtəlif səviyyələrdəki bir çox rəsmilərindən və siyasətçilərindən tutmuş təhlükəsizlik və hüquq-mühafizə orqanlarına qədər, “Məhsa Əmininin vəfatının və “Qadın, Həyat, Azadlıq” etirazlarının başlamasının ildönümü ilə bağlı etirazların yenidən alovlanacağı ehtimalından narahatlığını açıq şəkildə dilə gətirib.

Ekspertlər Məclisinin üzvü Əhməd Hatəmi də daxil olmaqla, bu hökumət rəsmilərinin bir qismi küçə etirazlarının yenidən şiddətlənəcəyi təqdirdə etirazları “yatıracaqları” və etirazçıları “döyəcəkləri” ilə hədələyiblər.
AzVision.az


Teqlər: İran   qətllər  





Xəbər lenti