İranda ümummilli etirazların ildönümündə azı 270 nəfər həbs olunub
“Həbs edilənlərin sayının açıqlanmadığı əyalətlər arasında Tehran istisna olmaqla, birinci yerdə 137 nəfərlə Qərbi Azərbaycan, ikinci yerdə isə 97 nəfərin həbs edildiyi İsfahan əyaləti gəlir. Həmçinin, Fars vilayətində bir qrup etirazçı SEPAH-ın Kəşfiyyat təşkilatı tərəfindən müxtəlif ittihamlar əsasında həbs olunub. Sentyabrın 16-da Tehranda səpələnmiş etiraz aksiyaları keçirilib, lakin indiyədək heç bir rəsmi orqan saxlanılanların sayı barədə məlumat verməyib. Halbuki, Tehranın Əfsəriyyə bölgəsindəki polis qərargahı qarşısında həbs edilən etirazçıların xeyli sayda ailə üzvləri toplaşıb”, - məlumatda deyilir.
İranın Ədliyyə orqanlarının rəsmiləri indiyədək Məhsa Əmininin vəfatının ildönümü ilə bağlı məhbuslar, təfərrüatlar və onların işi ilə necə məşğul olacağı ilə bağlı rəsmi açıqlama verməyiblər.
AzVision.az