Ermənistanda güclü partlayış olub - Yanazacaqdoldurma məntəqəsi külə döndü

      Ermənistanda güclü partlayış olub    - Yanazacaqdoldurma məntəqəsi külə döndü
  18 Sentyabr 2023    Oxunub:1028
Ermənistanın Ararat bölgəsində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı "shamshyan" məlumat yayıb.

Nəşr yazıb ki, hadisə İrəvan-Artaşat avtomobil yolunda baş verib. Məlumata görə yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra ərazidə güclü yanğın müşahidə olunub.

Hadisə yerinə Fövəqladə Hallar Nazirliyinin bir neçə briqadası göndərilib. Qeyd edilir ki, yanğınsöndürənlər hələ də alovun yayılmasının qarşısını almağa çalışırlar. Məlumata görə yanğın o qədər güclü olub ki, xeyli uzaq məsafədən görünüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın   Partlayış  





Xəbər lenti