Fransa İtaliya ilə sərhədə qoşun yeridəcək

   Fransa İtaliya ilə sərhədə qoşun yeridəcək
  19 Sentyabr 2023    Oxunub:927
Fransa Lampeduza adasına miqrant axınına görə İtaliya ilə sərhədə qoşun yeridəcək. Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
"DGSI (xarici kəşfiyyat xidməti) terrorçuluqda şübhəli bilinən şəxslərin müəyyən edilməsi məqsədi ilə sərhəddə həbs edilmiş qeyri-qanuni mühacirlərlə müsahibə aparmaq üçün Menton kantonuna məmurlar göndərəcək", - radiostansiya məlumat yayıb.
"Lampeduza böhranı" dərinləşir - Miqrantlara Rusiya şərait yaradır?


Paris həmçinin sərhədə nəzarət etmək üçün pilotsuz təyyarələr göndərmək və Alp sahillərində dörd mobil bölmə yerləşdirmək qərarına gəlib.

Bundan əlavə, qanunsuz miqrantların saxlanma hallarının artması ilə əlaqədar polis əməkdaşlarının sayı iki dəfə artırılacaq. Onlar Sentinelle antiterror əməliyyatında iştirak edəcəklər.

Bundan əvvəl İtaliyanın baş naziri Corci Meloni miqrant axınının azaldılmasına kömək istəyi ilə Avropa İttifaqına müraciət etmişdi.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:  





Xəbər lenti