"Hanı Rusiya, belə dost, strateji tərəfdaş olar?" - Ananyan

   "Hanı Rusiya, belə dost, strateji tərəfdaş olar?"    - Ananyan
  20 Sentyabr 2023    Oxunub:862
Azərbaycan Ordusunun ölkə daxilində apardığı antiterror əməliyyatları İrəvanda narazılıqlara səbəb olub. Ermənistan ordusunun, separatçıların bölmə və mövqelərini vuran hərbçilərimizin uğurları erməni cəmiyyətində müttəfiq ölkə olan Rusiyaya qarşı da qıcıq doğurub.
Məsələn, Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan yerli mediaya verdiyi açıqlamada deyib ki, “Moskva hazırkı öz davranışları və ya daha çox hərəkətsizliyi ilə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir".

Rus diplomatlar təhlükədədir - İrəvana nota verildi
O iddia edib ki, guya Rusiya İrəvana primitiv üsullarla hücumlara başlayıb və məhz bu səbəbdən Qarabağda separatçılara qarşı əməliyyatlar başladı. Yəni sülhməramlıların icazəsi olmasaydı, indiki proseslər baş verməzdi.

"Bütün bunların nətcisədində isə erməni xalqı öz haqlı hiddəti ilə öz arzuolunmaz liderini aradan götürəcək. Əsas məqsəd isə daha dərindir - Türkiyə-Azərbaycan tandemi Zəngəzur dəhlizinə nəzarəti ələ keçirəcək. Məgər bu, dost ölkə-strateji tərəfdaşın normal davranışıdır?".

Xatırladaq ki, dünən gecə Rusiyanın İrəvandakı səfirliyinin binası etirazçılar tərəfindən tamamilə bağlanmışdı. Diplomatlar uzun müddət binadan təhlükəsiz yerə təxliyyə oluna bilmədikləri üçün Rusiya tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti