“Gedin Azərbaycanla danışıqlar aparın” - Erməni jurnalist

   “Gedin Azərbaycanla danışıqlar aparın” -    Erməni jurnalist
  20 Sentyabr 2023    Oxunub:1121
Qarabağın radikal jurnalisti Tatul Akopyan Xankəndidəki qanunsuz xunta rəhbərlərinə Azərbaycan hakimiyyəti ilə razılığa gəlmək tələbi ilə müraciət edib.
“Qarabağdan aldığım məlumata görə, Azərbaycan hərbçiləri müdafiə xəttini yarıb Xocavənd və Əsgəran istiqamətində irəliləyiblər.

Hörmətli Ermənistan hakimiyyəti, danışıqlara girin və soydaşlarımızı xilas edin, qərar verməkdən çəkinməyin.

Gedin Azərbaycanla danışıq aparın”, - jurnalist sosial şəbəkədə yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti