ABŞ İran PUA-ları ilə bağlı 7 şəxsə və 4 quruma sanksiya tətbiq edib
“İran bilərəkdən öz pilotsuz təyyarələrini istehsal edib göndərməklə Rusiyaya, Yaxın Şərqdəki vasitəçi qruplara və sabitliyi pozan digər aktorlara dünya nizamını pozmaq imkanı verib”, - Nelson vurğulayıb.
Bu sanksiyalar Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İranın hərbi rəsmiləri ilə ikitərəfli hərbi əməkdaşlığın müzakirəsi üçün Tehrana səfərə gəldiyi gün elan edilib. Çox güman ki, İranın Moskvaya daha çox pilotsuz təyyarələr, eləcə də Ukraynadakı müharibədə istifadə üçün raketlər satması bu danışıqların gündəmində olub.
AzVision.az