Rəisi: İrandakı hadisələrdə Qərb ölkələrinin “hesablama səhvi” olub

   Rəisi:    İrandakı hadisələrdə Qərb ölkələrinin “hesablama səhvi” olub
  20 Sentyabr 2023    Oxunub:951
İranda ötən il baş verən ümummilli etirazlar zamanı Qərb ölkələri “yanlış hesablamalar” aparıb.
AzVision.az xəbər verir ki, BMT-nin Baş Assambleyasında çıxışı zamanı İran prezidenti İbrahim Rəisi bəzi Qərb ölkələrinin və onların kəşfiyyat xidmətlərinin keçən il öz hesablamalarında nöqsana yol verdiklərini və bəzi şeylərin onların istədikləri kimi getmədiyini bildirib.

“Bu etirazlar zamanı İrandan dünyaya yayımlanan görüntü etibarsız məlumatların yayılmasının məhsuludur”, - İbrahim Rəisi deyib.

Rəisinin Baş Assambleyada çıxışı ilə eyni vaxtda BMT-nin binası qarşısında yüzlərlə insan ona qarşı etiraz aksiyası keçirib. İran prezidnetinin soyqırıma məruz qalmış yəhudilərin sayını şübhə altına almasına etiraz edən İsrailin BMT-dəki səfiri Gilad Erdan isə stenddə özünün Böyük Faciəni yaşamış babasının və nənəsinin şəklini yerləşdirərək, Rəisinin BMT-də çıxışını bu qurum üçün rüsvayçılıq kimi qiymətləndirib.


Bundan sonra zalı tərk edən Gilad Erdan BMT-də olan təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb və onların müşayiəti ilə binadan çıxarılıb.
AzVision.az


Teqlər: Rəisi   BMT  





Xəbər lenti