"Separatçıların mübarizə resursu 2 gündən 1 saata enəcək" - Geqamyan

   "Separatçıların mübarizə resursu 2 gündən 1 saata enəcək" -    Geqamyan
  20 Sentyabr 2023    Oxunub:967
Ermənistanın məşhur türkoloqlarından olan Varujan Geqamyan Azərbaycanın uğurla davam etdirdiyi antiterror əməliyyatları ilə bağlı maraqlı açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, "Mamul"a müsahibəsində separatçıların tezliklə təslim olacağını proqnozlaşdırıb.

O, Azərbaycan Ordusunun demək olar ki, bütün istiqamətlərdə Ermənistanın mövqelərinə (Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin hərbçilərinin mövqeləri-red.) hücum etməsindən gileylənib.

Geqamyan qeyd edib ki, əgər Ermənistan məlum əməliyyatlara öz ərazisindən hərbi müdaxilə etməsə, separatçı rejimin müqavimət resursları 1-2 gündən bir neçə saata qədər azala bilər.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Ordusunun nəzarətinə keçən yeni ərazilərlə bağlı yoxlanılmamış məlumatları oxucularla bölüşmək istəmir. Lakin bu danılmaz faktdır ki, belə hallar yaşanır və getdikcə separatçılardan təmizlənən bölgələrin sayı daha çox olacaq.

Geqamyan sabah Ermənistanın "müstəqilliyinin" 32-ci ildönümünün olmasını da xatırladıb. Belə bir tarixin qeyd olunması zamanı Xankəndi rejimi süqut etsə, Ermənistan Respublikası da məhv olacaq.

"Bütün bu proseslərə qarşı çıxış etmək üçün bu axşam Respublika meydanında olacağam”, - o revanşistlərə qoşulacağını gizlətməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Separatçı  





Xəbər lenti