İran parlamenti “İffət və hicab” qanununun “üç illik sınaq tətbiqi”ni təsdiqləyib

Qanun layihəsi hazırda beş fəsildən ibarətdir ki, onların da əksəriyyəti icbari hicabla bağlı vətəndaşlarla məşğul olan qurumların üzərinə düşən “məcburi vəzifələr”lə bağlıdır.
Beşinci fəsildə “Məşhur şəxslərə xüsusi cəzalar, virtual və qeyri-virtual məkanda qanun pozuntularına yol vermiş şəxslərə isə cəzalar nəzərdə tutulub”.
Qanun layihəsində, habelə dövlət qurumlarının hər il noyabrın əvvəlində Mədəni İnqilabın Ali Şurasına və İslam Şurasına öz “tapşırıqları” barədə hesabat vermələri tələbi təsbit olunub. Bu plana əsasən, hicab qanununa əməl edilməyən təşkilatların rəhbərləri də hətta cəzalandırıla bilərlər.
BMT ekspertlərinin hesabatında bu planın təsdiqinin uşaqlar və bütün cəmiyyət üçün geniş mənfi nəticələri olacağı vurğulanıb.
BMT-nin faktaraşdırıcı komitəsinin yaydığı bəyantada isə bu planın təsdiqi ilə İranda qadın və qızların daha çox zorakılığa, təzyiqə və əsassız həbslərə məruz qalacaqları barədə xəbərdarlıq edib.
AzVision.az