Təbriz nümayəndəsi: "Biz Dağlıq Qarabağ münaqişəsində həmişə Bakını dəstəkləmişik"

   Təbriz nümayəndəsi:    "Biz Dağlıq Qarabağ münaqişəsində həmişə Bakını dəstəkləmişik"
  20 Sentyabr 2023    Oxunub:1234
Bizim fikrimiz həmişə Bakı ilə mehriban qonşuluğu vurğulamaqdan ibarət olub. Biz Qarabağ münaqişəsində Bakını həmişə dəstəkləmişik və Qarabağı Azərbaycan Respublikasının ərazisinin bir hissəsi hesab edirik.
AzVision.az xəbər verir ki, Təbrizin İslam Şurasındakı nümayəndəsi, “Proqram, büdcə və hesablama” komissiyasının üzvü Seyid Məhəmməd Rza Mirtac Əd-Dini belə bəyanatla çıxış edib.

“Biz istənilən sərhəd dəyişikliyinin, beynəlxalq sərhədlərin dəyişməsinə səbəb olan hər hansı hərəkətin əleyhinəyik və Azərbaycan hökuməti də Qarabağda öz işini davam etdirməli, orada suverenliyini həyata keçirməlidir”, - İran parlamentindəki Təbriz nümayəndəsi vurğulayıb.
AzVision.az


Teqlər: Təbriz   Azərbaycan  





Xəbər lenti