İranla Rusiya arasında neft yataqları anlaşması
Sərgi neft-kimya sahəsində yerli və xarici fəal şirkətləri tanıtmaq, habelə onlarla qarşılıqlı əlaqə yaratmaq məqsədi ilə həyata keçirilib.
“Xoşbəxtlikdən, hazırda Rusiya ilə dərin əməkdaşlığımız daha çox inkişaf edir. Bizim bu sahədə Rusiya şirkətləri ilə yeddi neft yatağının işlənməsinə dair müqaviləmiz var. Bu yataqların bəziləri istismarın və neft hasilatının ilk mərhələlərinə çatıb. Bizim, həmçinin Rusiyanın digər şirkətləri, o cümlədən “Qazprom” ilə yuxarı və aşağı sektorlarda müqavilələrə çevriləcəyinə ümid etdiyimiz anlaşma memorandumlarımız var”, - Oci deyib.
AzVision.az