Medvedevin köməkçisi: "İrəvanın mövcudluğunun qarantı bizik"

      Medvedevin köməkçisi:    "İrəvanın mövcudluğunun qarantı bizik"
  20 Sentyabr 2023    Oxunub:1169
Xəbər verdiyimiz kimi Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkələrdə Ermənistanın əleyhinə olan aşağılayıcı paylaşım edib.
Medvedevin köməkçisi Oleq Osipov siyasətçinin məlum paylaşımda nə demək istədiyinə aydınlıq gətirib.

Rus diplomatlar təhlükədədir - İrəvana nota verildi
“Əgər kimsə anlamayıbsa, deməli, Rusiya Ermənistanın bir dövlət, ermənilərin isə bir millət kimi mövcudluğunun qarantı olub və olacaq. Tanrının buyruğu belədir”, - Osipov RİA Novosti-yə müsahibəsində bildirib.

Xatırladaq ki, dünən Rusiyanın sabiq prezidenti Medvedev Telegram kanalında yazıb ki, "Bir gün qardaş ölkədən olan həmkarlarımdan biri mənə dedi: “Yaxşı, mən sənə yad adamam, məni qəbul etməyəcəksən. Mən isə cavab verdim ki, biz tərcümeyi-halı ilə deyil, hərəkətlərlə mühakimə edəcəyik. Sonra müharibəni uduzdu, amma qəribə bir şəkildə yerində qaldı. Sonra məğlubiyyətə görə Rusiyanı günahlandırmaq qərarına gəldi. Sonra ölkəsinin ərazisinin bir hissəsindən imtina etdi. Sonra NATO ilə flört etmək qərarına gəldi və arvadı cəsarətlə peçenye ilə düşmənlərimizə getdi. Təxmin et, onu hansı aqibət gözləyir...".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti