Putin: "Sülhməramlılar mülki insanları qorumaq üçün hər şeyi edir"

   Putin:   "Sülhməramlılar mülki insanları qorumaq üçün hər şeyi edir"
  20 Sentyabr 2023    Oxunub:821
"Bizim sülhməramlılarımız bu münaqişədə iştirak edən bütün tərəflərlə çox fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin qeyd edib ki, Moskva ümid edir ki, Qarabağda problemləri sülh yolu ilə həll etmək mümkün olacaq.

Xatırladaq ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti