Ermənistan mətbuatı: Paşinyan bunkerdə gizlənib

      Ermənistan mətbuatı:    Paşinyan bunkerdə gizlənib
  20 Sentyabr 2023    Oxunub:875
Ermənistan müxalifəti bu gün saat 19:00-da Yerevanda kütləvi aksiya keçirməyi planlaşdırır.
Bu barədə məlumatı “Anamız Ermənistan” partiyasının sədri Andronik Tevonyan verib. O bildirib: “Aksiya çox kütləvi olmalıdır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərək və yeni hökumət formalaşdıraq”.

Partiya sədri qeyd edib ki, bu gün müxalifətin ən başlıca məqsədi N.Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır.

Ermənistanın “Qraparak” qəzetinin elektron variantı da N. Paşinyanın Müdafiə Nazirliyində gizləndiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, N. Paşinyan yaxın adamları ilə birlikdə Müdafiə Nazirliyinin bunkerində gizlənib. Baş nazirin ailəsi isə təhlükə duyduğu üçün paytaxtı tərk edərək Sevandakı malikanəyə köçüb.

Qeyd edək ki, ötən gecə və bu gün səhər Yerevanda hökumət binasının, Rusiya səfirliyinin və BMT nümayəndəliyinin qarşısında kütləvi aksiyalar keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti