“Mən ona (Netanyahuya) Rusiyanın İran pilotsuz təyyarələrindən istifadə edərək şəhərlərimizə, limanlarımıza və kritik infrastruktura hücumları barədə məlumat verdim. Rusiya və İran arasında hərbi əməkdaşlığın artırılması ilə bağlı ümumi narahatlıqlarımız var”, - Zelenski deyib.
Focused talks with @netanyahu on our cooperation, including in civil defense area.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) September 19, 2023
I informed him about Russian strikes on our cities, ports, and critical infrastructure using Iranian drones.
We share concern about the increasing military cooperation between Russia and Iran. pic.twitter.com/ZPDILqkaIw
Bu narahatlıq Rusiyanın Müdafiə nazirinin həmin gün hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün İrana səfərindən sonra ifadə olunub.
Açıqlanan məlumata görə, Zelenski Netanyahu ilə görüşü “yaxşı” adlandırıb. Lakin yayılan xəbərlərdən İsrailin Kiyevin raketdən müdafiə yardımı sorğusuna hələ də müsbət cavab vermədiyi görünür. Bununla belə, Ukrayna prezidenti mediaya müsahibəsində İsraildən çox şey gözlədiyini vurğulayıb.
Zelenski, həmçinin BMT Baş Assambleyasında çıxışında Moskvanı “ərzaq və enerjidən müharibə silahı kimi istifadə etməkdə” günahlandırıb və dünya liderlərini Rusiyanın “təcavüzkarlığına” qarşı birlik nümayiş etdirməyə çağırıb.
AzVision.az