Putinlə Paşinyan arasında telefon danışığı nə zaman olacaq?

   Putinlə Paşinyan arasında telefon danışığı nə zaman olacaq?
  20 Sentyabr 2023    Oxunub:822
Moskva Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılaşmanı gözləyir.
TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Azərbaycan prezidenti ilə belə bir danışığın hazırlanıb-hazırlanmaması sualına Kreml nümayəndəsi “Hələ yox” deyib.

"Əlaqələr iş səviyyəsində davam edir, zərurət yaranarsa, təbii ki, belə bir söhbət baş tuta bilər", - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti