İrəvanda iğtişaşlarla bağlı kütləvi həbslər başladı

   İrəvanda iğtişaşlarla bağlı kütləvi həbslər başladı
  21 Sentyabr 2023    Oxunub:1170
Ermənistanın paytaxtı İrəvanın “Respublika” meydanında 1 saylı Hökumət Evinin qarşısında keçirilən aksiyada iğtişaşlarla bağlı kütləvi həbslər başlayıb.
Qeyd edilib ki, aksiya zamanı etirazçıların iğtişaşlara dair ictimai çağırışlardan sonra saat 21:30 radələrində mitinq iştirakçıları hökumət binasının girişinə yaxınlaşıblar. Aksiyaçılar polisin tələbinə tabe olmayaraq, ictimai təhlükəsizliyi təhlükə altına alan iğtişaşlara başlayıblar.

Məlumata görə, xüsusən bir qrup şəxs hökumət binasını mühafizə edən polis əməkdaşlarına hücum edib. Bu zaman tərəflər arasında qarşıdurma baş verib.

Toqquşmalarla bağlı bir neçə nəfər şübhəli şəxs qismində həbs olunub. Ermənistanın İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.

Hazırda araşdırma aparılır, ərazidəki videogörüntülər araşdırılır. Kütləvi iğtişaşların təşkilatçılarının və iştirakçılarının tutulması məqsədilə onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti