İranda övladına türk adı qoyanlara əngəllər yaradılır - FOTO
Atanın sözlərinə görə, vəkil Davud Əli Məhəmməd və Sina Yusifinin Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi ilə hüquqi çərçivədə apardıqları məhkəmə prosesi nəticəsində onlar sözügedən idarənin körpəyə doğum haqqında şəhadətnamə verməsinə nail olublar.
Qeyd edək ki, güney azərbaycanlılar övladlarına türk adları vermək istəyərkən hökumət orqanları tərəfindən bir sıra süni maneələrlə üzləşirlər.
AzVision.az