Əsgər valideynləri Paşinyanın deputatlarını döydülər - VİDEO

   Əsgər valideynləri Paşinyanın deputatlarını döydülər    - VİDEO
  21 Sentyabr 2023    Oxunub:1202
Ermənistanda hakim partiyanı təmsil edən deputatlar döyülüblər. AzVision.azxəbər verir ki, insidentin görüntülərini yerli media yayıb.
Qeyd edilir ki, Akop Aslanyan və Ovik Ağazaryan adlı iki deputat Ermənistanın Müstəqillik Günündə "Yerablur" hərbi panteonunu ziyarət etmək istəyiblər. Amma onları qəzəbli kütlə qarşılayaraq təhqir edib.

"Polislərin ərazidə olmasına baxmayaraq onlar belə müharibədə öldürülmüş hərbçilərin yaxınlarının fikizi təzyiqlərinin qarşısını ala bilməyiblər. Valideynlər Nikol Paşinyanın deputatlarının yolunu kəsiblər", - məqalədə yazılıb.

Valideynlər deputatları "satqın” adlandırıblar. Onlar hər iki siyasətçinin təcili ərazini tərk etməsini tələb ediblər: "İnsident zamanı yumruq davası da olub. Vətəndaşlardan biri Ağazaryanı vurub. Bundan sonra hadisə yerinə bir qrup polis gəlib və valideynləri sakitləşdirməyə çalışıb. Onlar deputatları hərbi panteonun ərazisindən uzaqlaşdırıblar".

News.am isə yazır ki, "Akop Aslanyan qəzəbli valideynləri özünün “üç müharibə” iştirakçısı olmasına inandırmağa çalışsa da, ona qulaq asmayıblar. “Sən Bakıya get. Siz satqınsınız” deyə valideynlər qışqırıblar".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti