İranda milyonçuların sayı Türkiyədənkindən 4 dəfə çoxdur

İranda  milyonçuların sayı Türkiyədənkindən 4 dəfə çoxdur
  21 Sentyabr 2023    Oxunub:1144
246 min milyonçunun yaşadığı İran bu göstəriciyə görə qonşu Türkiyəni 4 dəfə, Misiri isə 3 dəfə üstələyir.
AzVision.az İsveçrə Bankçılıq və Maliyyə xidmətləri institutunun son hesabatına istinadən xəbər verir ki, keçən il dünyada milyonçuların sayı əvvəlki illə müqayisədə 3 milyon 508 min nəfər azalıb.

Bu hesabatda 2022-ci ildə bir milyon dollar və ya daha çox sərvətə sahib olan iranlıların sayının 246 min nəfər olduğu təxmin edilir. Başqa sözlə, bu il İran əhalisinin 0,4%-dən çoxu milyonçu olub. İranın bu il Asiya-Sakit Okean bölgəsindəki bütün milyonçular siyahısındakı payı 2,5% təşkil edib.

Hamıdan öndə gedən ABŞ-da 2022-ci ildə 22 milyon 710 min milyonçunun olduğu bildirilir. 6 milyon 231 min milyonçusu olan Çin ikincidir. Fransa isə 2 milyon 821 min nəfərlə üçüncü yerdədir.

Hesabata görə, İranda 51 nəfərin sərvəti 500 milyon dollardan yuxarı, 119 nəfərin varidatı isə 100 milyon ilə 500 milyon dollar arasındadır. Həmçinin, 5 milyon 86 min iranlının sərvətinin 100 min dolları keçdiyi bildirilir.
AzVision.az



Teqlər: İran   milyonçular  





Xəbər lenti