SEPAH Sergey Şoyquya PUA-lar və raket sistemləri nümayiş etdirib

SEPAH Sergey Şoyquya PUA-lar və raket sistemləri nümayiş etdirib
  21 Sentyabr 2023    Oxunub:1210
Tehranın Moskvaya Ukrayna müharibəsində istifadə üçün PUA-lar və digər hərbi silahlar verdiyini danması fonunda SEPAH Rusiyanın müdafiə naziri Sergey Şoyqu üçün öz pilotsuz təyyarələrinin və raket sistemlərinin sərgisini keçirib.
AzVision.az SEPAH-a yaxın “Təsnim” agentliyinə istinadən xəbər verir ki, Sergey Şoyqu SEPAH Aerokosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə ilə birlikdə sözügedən sərgini ziyarət edib.

“İRNA” dövlət agentliyi bu sərgidə “400 km mənzilli 358 baza dron müdafiə raketi”nin nümayiş etdirildiyini yazıb.

İran mediasının yazdığına görə, “İran və Rusiya arasında uzunmüddətli hərbi və müdafiə əməkdaşlıq sənədi ilə bağlı müzakirələr”, həmçinin “Qafqaz probleminin həllinə dair təkliflər”
Rusiya müdafiə nazirinin Tehrana səfərinin planları sırasındadır.

Amma beynəlxalq media çox güman ki, İranın Moskvaya daha çox PUA-lar, eləcə də Ukrayna müharibəsində istifadə üçün raketlər satmasının bu danışıqların gündəmində olacağını vurğulayır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu öz növbəsində Tehrana səfərinin ikitərəfli əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini söyləyib.

“ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırılmış fəaliyyətlərin geniş spektrini qiymətləndiririk. Rusiya və İran arasında qarşılıqlı əlaqələrin yeni səviyyəyə çatması onlara qarşı sanksiyaların təzyiqinin mənasızlığını göstərir”, - Şoyqu deyib.


İran mətbuatında Segey Şoyqunun, habelə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşərək, ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə etdiyi bildirilir.
AzVision.az



Teqlər: SEPAH   Rusiya  





Xəbər lenti