ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurası İran qarşısında tələb qoyub
Bəyanatda regionda naviqasiya azadlığına və dəniz təhlükəsizliyinə zəmanət vermək öhdəliyi və baş verə biləcək qeyri-qanuni hərəkətlərin qarşısının alınması məsələsinə də toxunulub. Bunun Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin gəmiçilik xətlərini, beynəlxalq ticarəti və neft obyektlərini təhdid etdiyi vurğulanır.
Vaşinqton və Körfəz Əməkdaşlıq Şurası, həmçinin milli suverenliyə, ərazi bütövlüyünə və sabitliyi pozan digər fəaliyyətlərə qarşı təhdidləri neytrallaşdırmaq, onlara qarşı mübarizə aparmaq üçün birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər.
Bəyanatda BƏƏ-nin Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mübahisənin beynəlxalq hüquqa və ya Beynəlxalq Ədalət məhkəməsinə əsaslanan ikitərəfli danışıqlar vasitəsilə dinc yolla həllinə nail olunması tələbi dəstəklənib.
AzVision.az