Əmir Əli Hacızadə: Hökumət bu gün “düzgün və yaxşı” yoldadır

   Əmir Əli Hacızadə:    Hökumət bu gün “düzgün və yaxşı” yoldadır
  21 Sentyabr 2023    Oxunub:1674
İran indi “yaxşı yoldadır” və hazırkı hökumət “qərbə gedən” əvvəlki hökumətdən fərqli olaraq irəliləyir.
AzVision.az xəbər verir ki, “Tehran universitetinin Bəsici professorları” adlı qrup qarşısında çıxış edən SEPAH-ın Aerokosmik qüvvələri Komandanı Əmir Əli Hacızadə belə fikir səsləndirib.

“Əvvəlki hökumət qərbə doğru irəliləyirdi və nə qədər sürətlə gedirdisə, qərbə bir o qədər yaxınlaşdı. Amma bu gün yol düzgün və yaxşıdır və biz bu yolun sürətinin artmasını istəyirik. Vaxt var idi ki, bizim sadəcə regional güc olduğumuzu danışırdılar, biz o günləri geridə qoymuşuq. Bu gün biz bəzi sahələrdə qlobal səviyyədəyik, bu o deməkdir ki, İranın qüdrəti dünyada qabarıqdır”, - Hacızadə deyib.

İran-İraq müharibəsinin başlanmasının ildönümünün yaxınlaşmasına toxunan Hacızadə bildirib ki, əgər həmin müharibə baş verməsəydi, “müqəddəs müdafiədən sonra iranlılar bölgədə çoxlu müharibələr görmüş olardı. Bu müharibələrdən hər hansı biri isə hətta İranın daxilində yaşana bilərdi.
AzVision.az



Teqlər: İran   hökumət  





Xəbər lenti