"Yeltsin 1993-cü ildə Ağ Evi atəşə tutmaq üçün tankçılara rüşvət verirdi"

Rutskoy onu da qeyd edib ki, o illərdə hərbi qulluqçulara maaş verilmirmiş və bu səbəbdən onları idarə etmək daha asan olub.
"Onlar ələ alındılar. Tanklarda oturan hər kəsə böyük məbləğdə pul verilirdi. O illərdə insanlar ac idi. Zabitlər ailələrini dolandırmaq üçün gecələr taksi sürücüsü və yükləyici kimi işləyirdilər. Yeltsin onlara maaş vermirdi. Görünür, ona görə ki, yoxsullara nəzarət etmək asandır: onlara bir az pul verin, nə desəniz, edəcəklər”.
Qeyd edək ki, 1993-cü il oktyabrın 3-4-də Rusiyada daxili siyasi böhran nəticəsində prezident Boris Yeltsinin tərəfdarları ilə Ali Şura arasında toqquşmalar baş verib. Bu da Moskvanın mərkəzində atışmalara və Ağ Evin güllələnməsinə səbəb olub.
Rusiyanın vitse-prezidenti Rutskoy parlamentin müdafiəsinə rəhbərlik edib, lakin sonradan həbs edilib və Lefortovo təcridxanasına yerləşdirilib. O, 1994-cü ilin 26 fevralında amnistiya ilə azad edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: