Ermənistanda partiya lideri həbs edildi - Şagirdləri mitinqə cəlb edib

   Ermənistanda partiya lideri həbs edildi -    Şagirdləri mitinqə cəlb edib
  22 Sentyabr 2023    Oxunub:966
Ermənistanda gərgin vəziyyət davam edir. İrəvan küçələrinə axışan qəzəbli kütlə yolları bağlayır, hakimiyyət əleyhinə sərt şüarlar səsləndirirlər.
Bu gün isə polis “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı Saryan küçəsində keçirdiyi aksiyanın qarşısını alıb. "Sputnik Armenia" yazır ki, siyasətçi fəalları başına yığaraq nəqliyyatın hərəkətini dayandırmışdı.

Paşinyana qarşı fasiləsiz aksiyalara başlanıldı
Qeyd edilir ki, polis təkcə partiya rəhbərini deyil, bir neçə fəalı da bölməyə aparıb.

Maraqlıdır ki, Tevanyanın aksiyasına Andranik Marqaryan adına məktəbin şagirdləri də dərslərdən imtina edərək qoşulublar.

Xatırladaq ki, dünən “Ana Ermənistan” partiyasının lideri hakimiyyətə qarşı 7 gün 24 saatlıq mübarizəyə başladıqlarını elan etmişdi.
Qeyd edək ki, Azərbaycan Qarabağda antiterror tədbirlərə başladan gündən Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar paytaxt küçələrini bağlayırlar. Bununla paralel olaraq İrəvanın Respublika meydanında xeyli sayda polis qüvvələri yerləşdirilir və onlar hökumət binasının qarşısında "canlı divar" rolunu oynayırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Həbs  





Xəbər lenti